Moskva Kiyevlə məhbus mübadiləsi işlərini davam etdirir

09.09.2026

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiya Ukrayna ilə məhbus mübadiləsi məsələsində işi davam etdirir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.  

Peskov Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidenti Donald Trampın sentyabrın 8-də baş tutan telefon danışığı zamanı saxlanılan və məhkum şəxslərin mübadiləsi ilə bağlı işlərin davam etdirilməsi barədə razılığa gəlmələrinə dair məlumatları şərh edib.

Jurnalistlər Peskovdan söhbətin Rusiya ilə ABŞ arasında, yoxsa Rusiya ilə Ukrayna arasında mümkün mübadilələrə aid olduğunu soruşublar.

Peskov bildirib ki, Rusiya Ukrayna ilə məhbus mübadiləsi üzrə işi davam etdirir. Onun sözlərinə görə, ABŞ-də həbsdə və ya saxlanılan şəxslərlə bağlı məsələlər üzrə də ayrıca iş aparılır.   

Kremlin sözçüsü qeyd edib ki, məhbus və saxlanılan şəxslərin mübadiləsi məsələsi, o cümlədən yüksək səviyyədə, mütəmadi olaraq gündəmdədir.  

Xatırladaq ki, Putin və Tramp sentyabrın 8-də telefonla danışıblar. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun sözlərinə görə, təxminən bir saat davam edən görüşdə ABŞ nümayəndələri Stiven Vitkoff və Cared Kuşnerin Moskva və Kiyevə səfərlərinin nəticələri də müzakirə olunub. Tərəflər Ukraynadakı münaqişənin həlli istiqamətində diplomatik səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar. 

Uşakovun açıqlamasına görə, Putin və Tramp humanitar məsələlər, o cümlədən saxlanılan və məhkum şəxslərin mübadiləsi üzrə işi davam etdirmək barədə razılaşıblar. 

Murad İsmayıl 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью