“Moskva” kreyserində ölənlərin yarısı Krımdan olub

31.01.2026

Icma.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2022-ci ilin aprelində Qara dəniz donanmasının flaqmanı olan “Moskva” raket kreyserinin batması nəticəsində həlak olan dənizçilərin yarısının – 28 nəfərdən 14-nün Rusiyanın anneksiya etdiyi Krımdan olduğu müəyyən edilib.

“AzPolitika".bildirir ki, bu barədə BBC-nin Rusiya xidməti və “Mediazona”nın apardığı araşdırmada deyilir.

Məlumata görə, Krımdan olan 14 həlak olmuş dənizçidən doqquzu 18–22 yaş arası çağırışçı olub. Ümumilikdə ölənlərdən səkkizi rəsmi sənədlərdə hələ də “itkin düşmüş” kimi qeyd olunur.

“Moskva” kreyserinin batması zamanı həlak olanların rəsmi sayı, hadisədən təxminən dörd il sonra, ilk dəfə olaraq Rusiyanın 2-ci Qərb Dairə Hərbi Məhkəməsi tərəfindən açıqlanıb. Lakin bu məlumat daha sonra məhkəmənin rəsmi saytından silinib.

Hadisədən dərhal sonra Rusiya Müdafiə Nazirliyi kreyserdə yanğın baş verdiyini və yalnız bir nəfərin həlak olduğunu bildirmiş, daha 27 dənizçi isə itkin düşmüş kimi göstərilmişdi. Sonradan məhkəmə 17 ekipaj üzvünün öldüyünü rəsmən tanıyıb.

2023-cü ilin aprelində Sevastopolda “Moskva” kreyserinin daxil olduğu 30-cu suüstü gəmilər diviziyasının Ukrayna müharibəsində həlak olmuş dənizçilərinin xatirəsinə memorial açılıb. Abidədə gəminin batdığı gün öldüyü bildirilən 19 dənizçinin adı yer alıb. Bununla belə, memorialın açılışına həlak olanların ailə üzvləri dəvət edilməyib.

Qeyd edək ki, “Moskva” kreyseri 14 aprel 2022-ci ildə Zmeyniy adası yaxınlığında batıb. Ukrayna tərəfi gəmiyə “Neptun” raketləri ilə zərbə endirildiyini açıqlamışdı.

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью