Moskva məhkəməsi Murmanskın qubernatoru barəsində iki aylıq həbs qətimkan tədbiri seçib

25.11.2026

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Moskva məhkəməsi Murmansk vilayətinin qubernatoru Andrey Çibis barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.

APA-nın Moskva bürosu xəbər verir ki, büdcə vəsaitlərinin mənimsənilməsində ittiham olunan qubernator 23 yanvar 2027-ci ilə qədər istintaq təcridxanasına göndərilib.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyinin İstintaq İdarəsi Murmansk vilayətinin qubernatorunun həbsdə saxlanılması üçün vəsatət qaldırıb.

Çibis 23 noyabrda Moskvada həbs edilib. O, Rusiya Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi, 160-cı maddəsinin 4-cü hissəsi və 193.1-ci maddəsinin 3-cü hissəsinin "a" və "b" bəndləri ilə bir neçə cinayətdə ittiham olunur.

Daxili İşlər Nazirliyinin məlumatına görə, ittihamlar Murmansk vilayətinin Tikinti Nazirliyinin büdcəsindən 39 milyon rubldan çox vəsaitin mənimsənilməsi, eləcə də Apatiti-Kirovsk avtomobil yolunun yenidən qurulması üçün ayrılmış regional Nəqliyyat Nazirliyinin büdcəsindən 1 milyard rubldan çox vəsaitin mənimsənilməsi və qanunsuz valyuta əməliyyatları ilə bağlıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью