Moskva meri şəhərə doğru uçan 32 dronun məhv edildiyini açıqlayıb Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

10.11.2024

Icma.az, Azxeber.com portalına istinadən məlumatı açıqlayır.

Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri Moskva istiqamətində uçan 32 pilotsuz təyyarənin hücumunu dayandırıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin teleqram kanalında bildirib.

"Müdafiə Nazirliyinin Ramenski şəhər rayonundakı hava hücumundan müdafiə qüvvələri Moskva istiqamətində uçan iki pilotsuz təyyarənin hücumunu dəf edib. Dağıntı və tələfat olmayıb”, - məlumatda deyilir.

Bununla yanaşı, Domodedovo və Kolomnada daha 28 PUA məhv edilib.

Bundan əvvəl Federal Hava Nəqliyyatı Agentliyi uçuşların təhlükəsizliyi üçün Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə məhdudiyyətlər elan edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью