Moskva neft qiymətləri ilə bağlı vəziyyəti izləyir

07.04.2025

Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskva neft qiymətləri ilə bağlı vəziyyəti diqqətlə izləyir.
Missiya.Az
xəbər verir ki, bunu aprelin 7-də keçirdiyi brifinqdə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, neftin qiymətinin hazırkı dəyişməsi daha çox xarici siyasət qərarları, xüsusilə də ABŞ- nin rüsumlar tətbiq etməsi ilə bağlıdır.

"Biz hazırda son dərəcə təlatümlü, gərgin və emosional olaraq xarakterizə edilən vəziyyəti çox diqqətlə izləyirik. Bu, ABŞ-nin dünyanın əksər ölkələrinə tariflər tətbiq etmək qərarı ilə bağlıdır", - Peskov əlavə edib.

Zərintac Mayisqızı
Missiya.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью