Moskva Netanyahunun Colan təpələri iddiasına reaksiya verib | Icma.az
Azvision portalından verilən məlumata əsasən, Icma.az bildirir.
AzVision.az xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya belə bəyanat səsləndirib.
“Əvvəlcə baş nazir Netanyahu bir şey dedi, sonra İsrail səfiri məktub göndərərək bunların yaranmış boşluq səbəbindən müvəqqəti həll yolları olduğunu söylədi.
Bufer zonasını pozaraq Colan təpələrinin məhz hansı hissəsini İsrailin ayrılmaz hissəsi hesab etdiyini biz başa düşmürük”, - rusiyalı diplomat vurğulayıb.
O, bildirib ki, Yaxın Şərqdə artan gərginlik fonunda İsrail rəhbərliyinin bu cür bəyanatları hərtədəfli izahat tələb edir.
Bundan əvvəl Binyamin Netanyahu 1967-ci ilə qədər Suriyaya məxsus olan Colan təpələrinin həmişə İsrailin ayrılmaz hissəsi kimi saxlanacağını açıqlayıb.
- Biz hamımız orada, onların ətəyində deyil, Colan təpələrində olmağımızın böyük əhəmiyyətini anlayırıq.
Colan təpələri üzərində nəzarətimiz və səlahiyyətimiz bizi təhlükəsiz saxlayır. Colan təpələri həmişə İsrailin bir hissəsi olacaq.
Tam oxu
Xəbəri oxu