Icma.az bildirir, Milli.az portalına istinadən.
Aparılacaq təmir işləri ilə əlaqədar Binəqədi rayonu, Moskva prospektinin kənar yolu (Biləcəri enişi hissəsi) nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanacaq.
Milli.Az xəbər verir ki, təmir işlərinə 4 sentyabr saat 20:00-dan etibarən start veriləcək.
Məhdudiyyət proses başa çatanadək qüvvədə olacaq.
Sürücülərdən qeyd olunan müddətdə alternativ hərəkət istiqamətlərindən istifadə etmələri və aparılan təmir işlərinə anlayışla yanaşmaları xahiş olunur.
Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)