Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Rusiya XİN üçün Azərbaycanda saxlanılan rusiyalıların vətənə qayıtması prioritetdir və bu məsələ rəsmi Bakı ilə əlaqələrdə müzakirə olunur”.
Bizim.Media xəbər verir ki, bunu 2025-ci ildə Rusiya diplomatiyasının fəaliyyətinin yekunları üzrə mətbuat konfransında Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov qeyd edib.
“2025-ci ilin iyunun 30-dan iyulun 1-dək Bakıda saxlanılmış bütün Rusiya vətəndaşlarının tezliklə azad olunması və evə qayıtması bizim şərtsiz prioritetimizdir. Azərbaycan tərəfi ilə əlaqələrdə bu problemin dərhal həll olunmasının zəruriliyini mütəmadi olaraq qaldırırıq”, - deyə Rusiya XİN başçısı bildirib.
Bildirilib ki, Bakı təcridxanasında hələ 11 nəfər qalır və onların azad edilməsi variantları Rusiya hüquq-mühafizə orqanları və digər strukturlarla birlikdə işlənir:
“Biz bu vəziyyəti xüsusi nəzarətdə saxlayırıq. Rusiya səfirliyinin əməkdaşları Azərbaycanda rusiyalıları bir neçə dəfə (2025-ci il, 3 iyul, 14 iyul, 23 iyul və 20 avqust) Bakı istintaq təcridxanasında ziyarət edib və onların yaxınları ilə əlaqəni davam etdirirlər. Növbəti konsulluq girişi vətəndaşlarımıza 2025-ci il dekabrın 30-da təmin olunub”.
Bizim.Media