Moskva səfərinin bədəli: avropalı deputat belə cəzalandırıldı

04.06.2025

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Lüksemburqdan olan Avropa Parlamentinin deputatı Fernan Kartayzer 25-28 may tarixlərində Moskvaya etdiyi səfərə görə “Avropa Mühafizəkarları və İslahatçıları” fraksiyasından xaric edilib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a təqdim olunan fraksiya bəyanatında məlumat verilir.

Bəyanatda Kartayzerin “Avropa birliyinə zərbə vurduğu” səbəbilə çoxluq səsi ilə fraksiyadan çıxarıldığı bildirilir.

Qeyd edək ki, hazırda Rusiya ilə münasibətlər Avropa İttifaqı çərçivəsində ciddi gərginliklərlə müşayiət olunur və Moskvaya edilən rəsmi səfərlər birlik daxilində tənqidlə qarşılanır.

Aysel Əliyeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью