Moskva Simonyanın açıqlamalarını təxribat hesab edir

29.08.2026

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Moskva Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyanın ruslarla bağlı açıqlamalarını təxribat hesab edir.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Simonyanın Ermənistanın cəbhəyə göndərilməkdən yayınmaq istəyən Rusiya vətəndaşlarının yeni dalğasını qəbul etməyə hazır olduğu barədə sözlərinə münasibət bildirərkən deyib.

Zaxarova qeyd edib ki, bu açıqlamalar Rusiyada mümkün səfərbərliklə bağlı dəfələrlə təkzib edilmiş spekulyasiyalar fonunda səsləndirilib.

Onun sözlərinə görə, Simonyanın bu cür bəyanatları mahiyyət etibarilə Rusiya vətəndaşlarını qanunsuz hərəkətlərə təşviq edir və ənənəvi erməni qonaqpərvərliyinə “zəhərli siyasi çalar” verir.

Rusiya XİN rəsmisi Moskvanın Simonyanın açıqlamalarını təxribat xarakterli hesab etdiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью