Moskva Soçi reysini yerinə yetirən təyyarə Həştərxanda eniş edib

07.08.2025

Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın "Ural Hava Yolları" aviaşirkətinin Moskvadan Soçiyə uçan “Airbus A321” təyyarəsinin ekipajı siqnal işə düşdükdən sonra ehtiyat aerodroma getməyi qərara alıb və Həştərxanda uğurla eniş edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.

"Moskva-Soçi marşrutu üzrə uçuş həyata keçirən “Airbus A321” təyyarəsinin göyərtəsində siqnal işə düşüb və bu, uçuşun təhlükəsiz davam etdirilməsinə imkan verməyib. Ekipaj ehtiyat aerodroma getməyə qərar verib və Həştərxanda uğurla eniş edib", - aviaşirkətdən bildirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью