Moskva şokda: Rubla qarşı ”səlib yürüşü” başladı

02.07.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

İyun ayından bəri Avrasiya İqtisadi Birliyi (AAİB) ölkələrindəki banklar hesablara rubl yatırmaq üçün tələbləri sərtləşdiriblər.

“Cebheinfo.az” xəbər verir ki, Belarusda ən azı səkkiz kredit təşkilatı bu cür əməliyyatlar üçün 2-5% komissiya tətbiq edib. Bunlara “Alfa-Bank”, “Belarusbank”, “BelVEB”, “BNB-Bank”, “MTBank”, “Sberbank”, “Technobank” və “Zepter Bank” daxildir.

Qazaxıstanda “CenterCredit” (BCC) də bankomatlar, terminallar vasitəsilə nağd pul qəbul etmək üçün 5% komissiya tətbiq edib. 

Qırğızıstanda “EcoIslamicBank” SWIFT köçürmələri üçün oxşar tarif tətbiq edib. 

Bəzi Ermənistan bankları hesablara yatırımlar da daxil olmaqla, nağd rublla əməliyyatları tamamilə dayandırıb, lakin nağdsız ödənişlər eyni şərtlər altında davam edir.

RBC-nin maliyyə bazarındakı mənbələri qeyd edib ki, AAİB-dəki banklar Rusiya milli valyutasının həddindən çox artıqlığı ilə üzləşirlər.

Qazaxıstan Milli Bankının məlumatına görə, aprel ayında respublikanın valyuta mübadiləsi məntəqələri 39,8 milyard tenge dəyərində 6,5 milyard rubl, may ayında isə 30 milyard tenge dəyərində 4,7 milyard rubl alıblar. 

“Nağd pulun emalı saxlama, daşınma və identifikasiya tələb edir. Xaricdə rubla tələbat çox olmur, bu da bu cür əməliyyatları yerli banklar üçün gəlirsiz edir”- , deyə "Expert RA" şirkətinin idarəedici direktoru Yuri Belikov bildirib.

“FTL Advisers” şirkətinin bankçılıq şöbəsinin rəhbəri Olqa Burtseva nağd pul axınlarının artmasına dövriyyədəki nağd pulun ümumi artımının təsir etdiyini deyib. İlin əvvəlindən bəri bu rəqəm təxminən 1,4 trilyon rubla çatıb. 

Eyni zamanda, rublun AİB ölkələrinə axını Rusiyada iri əməliyyatlar üzərində nəzarətin gücləndirilməsi fonunda baş verib. Rusiya bankları 30 gün ərzində fiziki şəxslər tərəfindən 5 milyon rubl və ya hüquqi şəxslər tərəfindən 30 milyon rubl və ya daha çox nağd pul qoyulmasını, ardınca isə xaricə sürətli pul çıxarılmasını şübhəli hesab edir. Bu cür əmanətlər hesabın bloklanmasına səbəb ola bilər.

Bu arada, 1 apreldən etibarən prezidentin AİB ölkələrinə 100.000 dollardan çox məbləğdə nağd pulun ixracını məhdudlaşdıran fərmanı qüvvəyə minib. Federal Gömrük Xidməti sərtləşdirməni böyük məbləğdə rubl ixracının artması ilə əlaqələndirib.

Xəzər
“Cebheinfo.az”

Açar sözlər: rubl bank

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью