Moskva Vaşinqtonu hədələyir

03.02.2026

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Rusiyanın Çindəki səfirliyində jurnalistlərə açıqlamasında belə deyib.
“Moskva “Qızıl Qübbə” raketdən müdafiə sisteminin (RMS) elementləri də daxil olmaqla, Amerikanın Qrenlandiyada hərbi mövcudluğunun mümkün artırılmasına ciddi təhdid kimi baxacaq”, - Rusiya XİN-rəhbərinin müavini vurğulayıb.
Moskva: “Rusiya tərəfindən heç bir demarş olmayacaq” Onun sözlərinə görə, ABŞ-nin bu cür hərəkətləri “Rusiya tərəfindən qaçılmaz mütənasib və düşünülmüş cavabla nəticələnəcək”.
Xatırladaq ki, fevralın 2-də Pentaqonun rəhbəri Pit Heqset ABŞ-də yaradılan “Qızıl Qübbə” RMS-nin hətta kosmosda da hücumu dəf edə biləcəyini söyləyib.
Yeri gəlmişkən, Sergey Ryabkov jurnalistlərə açıqlamasında Strateji Hücum Silahları Müqaviləsi (SHSM) müddətinin başa çatmasına qalan vaxt ərzində Rusiya tərəfində heç bir demarşın olmayacağını da diqqətə çatdırıb.
Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью