Moskva və İrəvanın birgə deportasiya cinayəti | Icma.az
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hər bir sivil xalq varlığını qorumaq və dünyada milli kimliyini təsdiq etmək üçün daim mübarizə aparmağa və Vətən adlandırdığı ərazidə mövcudluğunu davam etdirməyə məcburdur.
Bu, ondan irəli gəlir ki, hər bir xalqın ürək qızdırdığı dostları olduğu kimi, qəsdinə durduğu düşmənləri də var.
XX əsr boyu belə təcavüzün qurbanları olaraq, böyük itkilərlə və bəlalarla üzləşmiş Qərbi Azərbaycan əhalisi erməni millətçilərinin davamlı soyqırımı və deportasiya cinayətlərinə məruz qalaraq tarixi vətənini itirmişdir.
Artıq 2 ildir ki, suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş müstəqil Azərbaycan dövləti regional və qlobal proseslərdə fəal iştirak etməklə yanaşı, həm də tarixi haqsızlıqları aradan qaldırmaq istiqamətində məqsədyönlü və qətiyyətli işlər görür.
Növbəti ümummilli hədəf ötən əsrdə ata-baba yurdlarından qovulmuş Qərbi azərbaycanlıların tarixi yurdlarına kütləvi qayıdışını təmin etməkdir.
Bu məqsədlə başladılmış ümumxalq hərəkatı Qərbi Azərbaycan icmasını tarixi Vətənə dönüşə hazırlamaq üçün ölkədə geniş təşkilatlanma və beynəlxalq aləmdə hüquqi-məlumatlandırma işi aparır.
Ata-baba yurdlarına zorla qovulmuş soydaşlarımızın öz yurduna qayıtması və söndürülmüş ocaqlarını yenidən yandırması tarixi zərurətdir.
Tam oxu
Xəbəri oxu