Moskva və İrəvanın dostluğundan narazı olanlar var Zaxarova

27.03.2025

GlobalInfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Rusiya ilə Ermənistan arasında tarixən möhkəm dostluq münasibətləri olub”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

O, İrəvanla Moskvanın dərin humanitar əlaqələrinin olduğunu bildirib:

“Biz qonşu ölkələrik. Rusiya ilə Ermənistanın dostluq münasibətlərindən narazı olan qüvvələr var. Mövqeyimiz həm ölkə prezidenti tərəfindən, həm də doktrinal sənədlərdə aydın şəkildə ifadə olunub. Diqqətimizi Ermənistan və erməni xalqı ilə münasibətlərin hərtərəfli inkişafına yönəlmişik”.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью