Moskva və Kiyev arasında yeni razılaşma imzalandı Video

02.11.2026

Bizim media portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya və Ukrayna Xerson vilayətinə ayda ən azı bir dəfə humanitar yardım çatdırılması barədə razılığa gəlib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın ombudsmanı Tatyana Lantratova jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, bunlar Oleşkidə atəşkəsə dair sənəddə qeyd olunub. Sənədə əsasən, tərəflər həmçinin “repatriasiya tədbirləri” həyata keçirməyi öhdələrinə götürüblər. Bunun döyüş bölgəsindəki mülki əhalinin təhlükəsiz şəkildə ərazidən çıxarılması imkanının təmin edilməsini nəzərdə tutduğu ehtimal olunur.
Tatyana Lantratova Oleşkiyə həmin əməliyyatlar zamanı lokal atəşkəs elan edilib-edilməyəcəyinə aydınlıq gətirməyib.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью