Moskva və Kiyev güzəştə hazır deyil: Tramp müharibəni dayandırmaq üçün təzyiq siyasətini i…
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Rusiyanın qarşısını kəsmək üçün ABŞ prezidenti neftin qiymətini 40 dollara kimi sala bilərRusiya Prezidenti Vladimir Putin Trampı aldatmağın yolunu bilir.
Bu sözləri ABŞ prezidentinin sabiq milli təhlükəsizlik müşaviri Con Bolton deyib.
Onun sözlərinə görə, bu, Ukrayna münaqişəsinin həlli üçün təhlükəli şərtlərlə doludur: “Tramp Ukrayna münaqişəsini və Yaxın Şərqdəki müharibəni geridə qoymaq niyyətindədir.
Bunun Ukrayna üçün nə ilə nəticələnəcəyindən narahatam. Çünki nizamlanma şərtlərinin necə olduğu sizi maraqlandırmırsa, o zaman Putinin Tram
O, buna necə nail olacağını bilir. Putin Trampı necə aldatmağı bilir və hesab edirəm ki, bu, Ukrayna üçün çox təhlükəlidir”.
Ukraynalı ekspert Pavel Qvozdenko isə deyib ki, ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putinin mümkün görüşü çətin ki, Ukraynada müharibəni dərhal dayandırsın: "Amma Amerika Birləşmiş Ştatlarının qlobal geosiyasətdəki gücünü və çəkisini nəzərə alsaq, görünür, bəzi mexanizmlər var ki, müharibəni bir gündə olmasa da, kifayət qədər tez bir zamanda başa çatdırmaq olar".
Ekspertin fikrincə, xüsusilə bu mexanizmlər iqtisadi xarakterli ola, təcavüzkarın resurs əldə etməsinə imkan verməyən sanksiyalar tətbiq edilə bilər: "Digər mexanizm isə Ukraynanı kifayət qədər silah və sursatla təmin etməkdir".
Tam oxu
Xəbəri oxu