Moskva və Kiyevin yeni oyunu Trampa görə edirlər

02.06.2025

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda  aparılan danışıqlar çətin ki, nəticə versin”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın CNN telekanalında məlumat verilib.

Bildirilib ki, sözügedən danışıqlar ABŞ Prezidenti Donald Trampın rahatlıq tapması üçün təşkil edilib.

“Nə Moskva, nə də Kiyev bir-biri ilə danışmaqda xüsusi maraqlı deyil. Real irəliləyiş gözlənilmir, amma güman ki, Trampın marağını qorumaq üçün tərəflər “oynayacaqlar”, – kanal qeyd edib.

Xatırladaq ki, bu gün Türkiyədə  Rusiya və Ukrayna arasında birbaşa danışıqların ikinci raundu başlayacaq.

Əliyar Xəlil
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью