Moskva və Tehran qorudu, o isə aradan çıxdı: Gizli yolla... | Icma.az
Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq. “Qlobal Arab Netvork”un sahibi Hassan İbrahim Suriya Prezidenti Bəşər Əsədin ailəsi ilə bi
Məlumata görə, Əsəd vəziyyətin gərginləşməsindən ehtiyatlanaraq xarici ölkələrdən birinə qaçıb.
Suriya prezidentinin hətta İrana getdiyi də iddialar sırasındadır.
Lakin onun hələ də Dəməşqdə olduğu, sadəcə ailəsinin ölkədən çıxardığını bildirənlər də var.
Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, Bəşər Əsədin Suriyadan qaçması ilə bağlı iddia hələ rəsmi təsdiqini tapmayıb: “Əlbəttə, bu ehtimal kifayət qədər çoxdur.
Ancaq sadəcə KİV səviyyəsində yayılan məlumatlara tam inanmaq da doğru olmaz.
Belə ki, müasir informasiya cəmiyyətində mediadan bəzən sırf manipulyasiya məqsədi ilə istifadə edilir.
Əgər Əsəd, doğrudan da, ölkədən qaçıbsa, deməli, bir təhlükə hiss edib. Ola bilsin, prezident artıq başa düşüb ki, hakimiyyətinin sonudur.
Tam oxu
Xəbəri oxu