Moskva və Tehranın Türkiyə isterikası: Xəyanət edən kimdir… | Icma.az
Icma.az bildirir, Olke.az portalına istinadən. Suriyada Əsəd rejiminin süqutu ilə bölgədə dayaqlarını və təsir imkanlarını itirən Moskva ilə
Moskva və Tehran isterik vəziyyətdə Qərblə yanaşı, Türkiyəni də hədəf seçərək Suriyadakı son hadisələrə görə günahlandırırlar.
Rusiya rəhbərliyinin isterik durumda olması Kremlə yaxın olan politoloqların da verdikləri açıqlamalarda və bəyanatlarda da açıq şəkildə özünü büruzə verməkdədir.
Putinin fikir atası hesab edilən rusiyalı politoloq Aleksandr Duqin Suriyada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyə və prezident Ərdoğanı xəyanətdə ittiham edərək hədələyici mesajlar verib.
Duqin daha uzaqlara gedərək Suriyadakı son hadisələrdə Ankaranın oynadığı rolun Türkiyə üçün tələ olduğunu və Mustafa Kamalın Türkiyəsinin sonunun başlaması kimi dəyərləndirib.
Türkiyəyə qarşı hədədən belə çəkinməyən Putinin fikir atası Duqin bu mövqeyinə görə, Türkiyəni peşman edəcəkləri ilə hədələyib.
Lakin Duqin çox keçməmiş verdiyi bu mesajların yanlış olduğunu və ünvanı düz seçmədiyinin fərqində olduğunu anlayıb.
O növbəti açıqlamasında Rusiyanın Türkiyəyə hər hansı bir zərər verməyəcəyini qətiyyətli şəkildə bəyan etsə də, üzrü günahından betər olan növbəti bir yanlışlığa yol verib.
Tam oxu
Xəbəri oxu