Moskva vilayətində dronlar yaşayış binalarına dəydi FOTO

03.09.2026

Bizim media saytına istinadən Icma.az xəbər verir.

Ötən gecə Moskva vilayəti üzrə hava hücumundan müdafiə qüvvələri tərəfindən 56 PUA məhv edilib.
Bizim.Media xəbər verir ki, vilayət qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Kubinka şəhərində PUA-nın çoxmərtəbəli yaşayış binasına çırpılması nəticəsində 8-ci və 9-cu mərtəbələrdə yanğın baş verib, 7-ci mərtəbədə isə eyvan alışıb. Binadan 10 sakin təxliyə edilib.
Pavlovski Posad şəhərində də pilotsuz uçuş aparatının yaşayış binasına dəydiyi qeydə alınıb. Yanğın baş verməsə də, səkkiz mənzilin pəncərələri qırılıb.
Eyni zamanda, Ukrayna monitorinq kanalları Soçi limanına PUA zərbələrinin endirildiyi barədə məlumat yayıblar.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью