Moskva vilayətində məktəbdə fişəng partlayıb: Yaralılar var

02.04.2025

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiyanın Moskva vilayətində məktəbdə sinif otağında fişəng partlayıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "SHOT" "Telegram" kanalı məlumat verilib.

Məlumata görə, İstra şəhərində baş verən hadisədə 9 şagird yaralanıb.

Bildirilib ki, məktəblilərdən biri fişəng gətirib və sinifdə partladıb. Nəticədə bir neçə uşaq xəsarət alıb. Yaralananlardan biri, 11 yaşlı məktəbli qız tüstüdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью