Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Bizimyol.info xəbər verir ki, Vilayətin qubernatoru Andrey Vorobyovun sözlərinə görə, Domodedovo, Odintsovo, Ramenskoye, Çexov, Şatura və Voskresensk rayonları üzərində 8 dron məhv edilib.
Şatura şəhərində dronlardan biri fərdi yaşayış evinin üzərinə düşüb. Nəticədə 55 yaşlı qadın və 9 yaşlı uşaq yaralanıb.
Qubernator bildirib ki, oğlanın vəziyyəti ağırdır və onun müalicə üçün Moskvadakı Leonid Roşal adına klinikaya təxliyə edilməsi planlaşdırılır. Qadın isə başından xəsarət alıb və vəziyyəti orta ağır qiymətləndirilir.
Dronun qalıqları Şaturada fərdi evlərdən birinin dam örtüyünə də ziyan vurub.
Vorobyov Moskva vilayəti üzərində dron hücumlarının davam etdiyini bildirib. Onun sözlərinə görə, Mojaysk və Naro-Fominsk şəhər dairələri üzərində də PUA-lar qeydə alınıb. Operativ xidmətlər gücləndirilmiş rejimdə fəaliyyət göstərir.
Qeyd edək ki, ötən gecə Rusiyanın Voronej vilayəti də dron hücumuna məruz qalıb. HHM qüvvələri bölgə üzərində 14 PUA-nı vurub. İlkin məlumata görə, xəsarət alan olmayıb və infrastruktura ziyan dəyməyib.
Bundan əvvəl Tula vilayəti üzərində 20-dən çox pilotsuz uçuş aparatının hücumunun qarşısının alındığı bildirilmişdi.
Bizimyol.info