Moskva yanır, fonda isə Rammşteyn oxuyur VİDEO

18.06.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sosial şəbəkələrdə Moskva neft emalı zavoduna edilən PUA hücumundan sonra başlayan güclü yanğının yeni görüntüləri yayılıb.
Bizim.Media xəbər verir ki, izləyicilər tərəfindən "mütləq səslə izlənməli olan videolar" sırasına daxil edilən bu kadrlarda paytaxtın Kapotnya rayonunun səmasını bürüyən qara tüstü dumanı və zavodun alovlar içində yanması əks olunub.
Videonun maraqlı tərəfi isə fonda dünyaca məşhur alman qrupu "Rammşteyn"ın Rusiyanın paytaxtına həsr etdiyi “Moskva” mahnısının səsləndirilməsidir.
Sosial şəbəkə istifadəçiləri "Rammşteyn sanki nəsə bilirmiş" şərhləri ilə videonu fəal şəkildə paylaşıblar.
Kadrlarda neft zavodundakı məşəlin və yanğının alovları musiqinin ritmi ilə qeyri-adi şəkildə üst-üstə düşür.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью