Moskva yaxınlığında 84 pilotsuz uçuş aparatı vurulub

22.06.2026

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın paytaxtı Moskva yaxınlığında son 24 saat ərzində Ukraynaya məxsus olduğu bildirilən 84 pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

BAKU.WS xəbər verir ki, bu barədə Sergey Sobyanin sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, Ukrayna ordusu Moskva istiqamətində PUA hücumları həyata keçirib. Hücumların qarşısının alındığını bildirən mer qeyd edib ki, son sutka ərzində paytaxt ətrafında 84 pilotsuz uçuş aparatı vurulub.

Sergey Sobyanin əlavə edib ki, insident nəticəsində dağıntı və ya insan tələfatı qeydə alınmayıb.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью