Moskva yaxınlığında dəhşətli partlayışlar: ƏHALİ TƏŞVİŞDƏ VİDEO

31.08.2025

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Moskva vilayətinin Balaxişa şəhərində güclü yanğın və partlayışlar baş verib.
Bizim.Media xəbər verir ki, anbarlarda baş verən yanğın nəticəsində şəhər üzərində böyük qara tüstü sütunu qalxıb. 
Şahidlər həmçinin partlayışların olduğunu bildirirlər.
Yanğınsöndürənlər hələ ki, alovu söndürə bilmirlər və o, qonşu binalara da keçib. Anbarlarda Balaxişa Təcrübə Kimya Zavodu və məişət kimyəvi məhsullarının satışı ilə məşğul olan TDK şirkətinin saxlama sahələri yerləşirdi.
İlkin məlumatlara əsasən, yanğın sahəsi təxminən 5 min kvadrat metr təşkil edir. Hazırda tibbi yardım üçün müraciət edən olmayıb.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью