Moskva yaxınlığında hərbi təyyarə PARTLADI VİDEO

20.12.2024

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Moskva yaxınlığındakı aerodromda “An-72” hərbi-nəqliyyat təyyarəsi partlayıb. 
Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
 

“2024-cü il dekabrın 12-də Moskva vilayətindəki Ostafyevo aerodromunda partlayış baş verib. Rusiya dövlətin donanmasına məxsus An-72 hərbi-nəqliyyat təyyarəsinin əsas elektrik stansiyası işə düşüb”, - məlumatda deyilir.


Baş Kəşfiyyat İdarəsi qeyd edib ki, sözügedən rus təyyarəsinin təxmini dəyəri təxminən 4,5 milyon dollardır.
"Ukrayna xalqına qarşı törədilən hər bir hərbi cinayətə görə ədalətli cəza veriləcək", - mesajda vurğulanır.

Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью