Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyada Moskva vilayətinin Domodedovo şəhərində 16 yaşlı yeniyetmə iki qıza hücum edib.
Oxu.Az xəbər verir ki, hadisənin təfərrüatını "Baza" "Telegram" kanalı açıqlayıb.
Məlumata görə, hadisə "Peleng" bağçılıq birliyində baş verib.
13 və 16 yaşlı məktəbli qızlar yaxınlıqdakı meşədə velosiped sürərkən yad şəxsin çəkiclə hücumuna məruz qalıblar. Qızlardan biri qaça bilib, digəri isə meşədə huşsuz vəziyyətdə tapılıb. Hər ikisi xəstəxanaya yerləşdirilib, Reanimasiya şöbəsindədirlər. Hücum edən şəxs qısa müddətdə saxlanılıb, o, törətdiyi cinayəti etiraf edib.
Gəncə qarşı adam öldürməyə cəhd maddəsi ilə cinayət işi açılıb.