Moskva zooparkında naməlum şəxs heyvanları zəhərləməyə çalışıb

28.05.2025

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Moskva zooparkında naməlum şəxs heyvanları zəhərləməyə cəhd edib. O, heyvanların saxlandığı yerlərə mənşəyi naməlum həblər atıb.

Oxu.Az-ın xəbərinə görə, bu barədə zooparkın baş direktoru Svetlana Akulova "Telegram" kanalında məlumat verib.

Baş verənlərlə əlaqədar hazırda zooparkda bütün volyer və qəfəslər yoxlanılır, həmçinin aşkarlanmış maddələrin ekspertizası aparılır.

Baş direktor bildirib ki, zoopark daxili araşdırmaya başlayıb və cinayət işinin başlanması üçün hüquq-mühafizə orqanları ilə əməkdaşlığa edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью