Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Şəki Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Firdovsi Fərəcovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.
BAKU.WS Pravda.az-a istinadən xəbər verir ki, hakim Günay Aşurovanın sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub, müttəhim 3 il 7 ay 13 gün müddətinə azadlıqdan məhrum edilib.
İstintaq materiallarına əsasən, təqsirləndirilən şəxs qəsdən sağlamlığa ağır zərər vurmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olub.
Hadisə 15 yanvar 2009-cu il tarixdə, saat 02 radələrində Rusiyanın Moskva şəhərində yerləşən və F.Fərəcovun əvvəllər kababçı kimi fəaliyyət göstərdiyi kafenin qarşısında baş verib.
* Rusiyada 23 il əvvəl qayınatasının qətlində təqsirləndirilən azərbaycanlıya hökm oxunub
Məlumata görə, həmin vaxt təqsirləndirilən şəxslə bir neçə nəfər arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Bu zaman Firdovsi əvvəllər tanımadığı Ukrayna vətəndaşı Vladimir Zubkovun qəsdən sağlamlığına ağır bədən xəsarəti yetirib. O, istintaqla dəqiq müəyyən edilməyən bıçaqla ona iki dəfə zərbə endirib. Nəticədə Firdovsi Vladimir Zubkova həyat üçün təhlükəli olan ağır bədən xəsarətləri yetirib. Zərərçəkmiş şəxs təcili tibbi yardımla Elmi-Tədqiqat Təcili Tibbi Yardım İnstitutuna çatdırılıb. Ona ilkin tibbi müdaxilə olunmasına baxmayaraq, həmin gün saat 04:30-da ölüb.
Məhkəmə iclasında Firdovsi Fərəcov ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2009-cu ildə Moskva şəhərində yerləşən kafelərin birində kababçı kimi çalışıb və hadisə baş verən zaman obyektin mətbəxində olub, sözügedən davanı görməyib. Firdovsinin sözlərinə görə, sonradan ona məlum olub ki, dava taksi sürücüləri arasında qeydə alıb.
Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra polis əməkdaşları kafeyə gələrək ondan və digər şəxslərdən izahat alıblar. Bir müddət sonra qardaşı və bacısının vəfat etməsi səbəbindən Azərbaycana qayıdıb və anasının xəstə olması ilə əlaqədar Rusiyaya geri dönməyib. O, Rusiyada baş vermiş hadisə ilə bağlı 2010-cu ildə Yevlax Rayon Prokurorluğunda dindirildiyini və sərbəst buraxıldığını, daha sonra isə başqa cinayət işi ilə əlaqədar 2022-ci ildə cəzaçəkmə müəssisəsinə aparıldığını və hazırda cəza çəkdiyini qeyd edib. F.Fərəcov Azərbaycana qayıtdıqdan sonra bu hadisə ilə bağlı prokurorluq tərəfindən axtarıldığını bildiyini, lakin başqa heç bir məlumatının olmadığını deyib.