Moskvada 17 nəfər əyləncə parkında köməksiz vəziyyətdə qalıb

09.06.2025

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiyanın paytaxtı Moskvadakı “Dream Island” əyləncə parkında 5-i uşaq olmaqla 17 nəfər attraksionda hündürlükdə qalıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi attraksionun nasazlığına səbəb kimi elektrik enerjisinin kəsilməsini göstərib. Yanğınsöndürmə və xilasetmə bölmələri təmir işlərinə və insanların hündürlükdən enməsinə nəzarət ediblər.

"Cebheinfo.az"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью