Moskvada 5 ci məscidin tikintisinə icazə verilməyib

18.01.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Moskvanın şərqindəki Kosino-Uhtomskiy rayonunda tikintisi planlaşdırılan məscidə bələdiyyə icazə verməyib.  

"Cebheinfo.az" “Moskviçmag” jurnalına istinadən xəbər verir ki, ekspert qiymətləndirməsi nəticəsində layihə ilə bağlı mənfi qərar verildiyi üçün məscid tikintisinə icazə verilməyib.

Ötən il rayonda məscid tikintisi ilə bağlı müzakirələr böyük təsir bağışladı. Əvvəlcə məscidin Müqəddəs gölün və onun yaxınlığında yerləşən Həyat verən Mənbə Məryəm ana İkonu kilsəsinin yanında tikiləcəyi ilə bağlı xəbərlər yayılmışdı və bu, yerli əhalinin reaksiyasına səbəb olmuşdu. 

Layihə sənədlərində məscidin adı çəkilməsə də, tikintinin planlaşdırılan Nəqliyyat və Transfer Mərkəzinin (TPU) əvəzinə məscid olması iddiaları etirazlara səbəb olub.

Gərgin reaksiyalardan və xüsusilə bölgədəki pravoslav icmasının etirazlarından sonra layihənin yerinin dəyişdirilməsi və Kosino metrosu və MCD-3 stansiyasının yaxınlığındakı Novouhtomskoe yoluna köçürülməsi qərara alınıb. 

Lakin məscidin yeni yerləşməsi yerli əhalinin reaksiyasını sakitləşdirmədi. Tikinti planlarının tamamilə ləğvi tələbi ilə etirazlar davam etdi.

Bələdiyyənin qəbul etdiyi qərara etiraz etmək ehtimalı gələcəkdə məsələnin başqa məcrada inkişaf edə biləcəyi ehtimalını açıq qoyur.

İctimaiyyətin və hakimiyyətin hansı kursu izləyəcəyi maraq doğurur.
Hazırda Moskvada dörd məscid var. Bundan əlavə, bəzi rayonlarda dini bayramlarda namaz qılmaq üçün müvəqqəti xüsusi yerlər yaradılır. 

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью