Moskvada avtomobillər parkinqdə yanıb

24.04.2025

Baku.ws saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Rusiyanın paytaxtı Moskvada yaşayış binasının həyətində yerləşən avtodayanacaqda baş verən güclü yanğın nəticəsində dörd avtomobil yanıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Shot" teleqram kanalı məlumat yayıb.

Hadisə Qrimau küçəsində baş verib. Ən azı dörd avtomobil alovlanıb.

Şahidlərin sözlərinə görə, ilk olaraq "SAAB" markalı maşın yanmağa başlayıb və alov yaxınlıqda dayanan digər avtomobillərə keçib.

Yanğın yerinə fövqəladə xidmət əməkdaşları cəlb olunub və yanğının səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью