Moskvada azərbaycanlı cütlüyün cəsədi tapıldı

16.02.2026

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Moskvada azərbaycanlı cütlüyün cəsədləri tapılıb.

"Unikal" xəbər verir ki, hadisə Moskvadakı Salaryevo Park yaşayış kompleksində evli cütlüyün cəsədləri tapılıb. Medianın məlumatına görə, onların hər ikisi intihar edib. Faciə baş verən zaman onların beş yaşlı uşağı mənzildə olub və o, faciənin şahidi olub.

Ölənlər geyim və alt paltarı satan sahibkarlar Vasif və Aygündür. Onlar əvvəllər Xantı-Mansi Muxtar Dairəsində bizneslə məşğul olublar, lakin sonradan Moskvaya köçüb evlərinin yaxınlığında mağaza açıblar. Ölümün səbəbi hələ müəyyən edilməyib.

Psixoloqlar uşaqla işləyirlər. Ailənin üç uşağı var.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью