Moskvada baqajda aparılan erməni ilə bağlı qərar

05.06.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan erməni Areq Samveloviç Şepixinə qarşı ekstremist fəaliyyətə çağırışlara görə cinayət işi açılıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

“Onun barəsində yaxın vaxtlarda həbs qətimkan tədbiri seçiləcək. Həmçinin cinayət işi çərçivəsində 6 nəfərə qarşı ittiham irəli sürülüb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 3-də Moskvanın mərkəzindəki Yaroslavski dəmir yolu vağzalında erməni Areq Samveloviç Şepixin çeçen hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmışdı. O, islam dininə və çeçenlərə qarşı təhqir və söyüş videoları ilə tanınır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью