Moskvada baş verən partlayışda Ermənistan vətəndaşı şübhəli bilinir | Icma.az
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir. Moskvanın şimal-qərbində yerləşən "Alıye Parusa" yaşayış kompleksində terror aktında
AZXEBER.COM xəbər verir ki, bu barədə "İzvestiya" qəzeti mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxs "ArBat" batalyonunun (erməni batalyonu) təsisçisi, "DXR" Boks Federasiyasının prezidenti Armen Sarkisyan binaya gələn zaman "MON-50” minasını işə salıb.
Məlumata görə, A.Sarkisyan tütün məhsullarının ən böyük təchizatçılarından biri olub.
Bu baxımdan iki versiya nəzərdən keçirilir: Ukrayna xüsusi xidmət orqanlarının iştirakı və tütün məhsulları bazarı uğrunda mübarizə.
Xatırladaq ki, dünən Rusiya KİV-ləri lift otağında naməlum qurğunun partladığını bildirmişdi.
Hadisə nəticəsində bir nəfər həlak olub, beş nəfər xəsarət alıb.
Sarkisyan xəstəxanaya yerləşdirilib, daha sonra aldığı yaralardan xəstəxanada ölüb.
Tam oxu
Xəbəri oxu