Moskvada batalyon yaradan erməniyə qarşı sui qəsd 1 ölü, 4 yaralı

03.02.2025

Icma.az, Avtosfer portalına istinadən məlumat verir.

Moskvanın “Aviasiya” küçəsində yerləşən elit “Alıe parusa” yaşayış kompleksində partlayış olub.

Avtosfer.az xəbər verir ki, ilkin məlumatlara görə, partlayışın törədilməsində məqsəd tanınmamış DXR-in Boks Federasiyasının prezidenti və “Arbat” batalyonunu yaradan 46 yaşlı erməni Armen Sarkisyana sui-qəsd olub. Rusiya mediasının yazdığına görə, bu şəxs Ermənistanda anadan olub, yeniyetmə yaşlarında Qorlovkaya köçüb. O, 2022-ci ilin sentyabrında Donbasda erməni batalyonunun yaradıldığını elan edib. Sarkisyanın ağır yaralandığı və xəstəxanadakı reanimasiya şöbəsinə çatdırıldığı bildirilir.

Partlayış nəticəsində bir nəfər ölüb, daha dörd nəfər yaralanıb. Hüquq-mühafizə orqanları insidenti sui-qəsd adlandırıb.

Hazırda təhqiqat aparılır və hadisənin detalları dəqiqləşdirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью