Moskvada Bəşər Əsədi öldürmək istədilər | Icma.az
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Moskvada Suriyanın devrilən prezidenti Bəşər Əsədə qarşı sui-qəsd cəhdi edilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Britaniyanın “Sun” nəşri məlumat yayıb.
İddia olunur ki, Əsədi zəhərləyərək öldürmək istəyiblər: Belə ki, zəhərlə öldürülməyə cəhd edilən Əsədin tibbi yardım istədiyi və dərhal "şiddətli öskürək və boğulma"ya başladığı vurğulanıb.
Məsələyə münasibət bildirən hərbi mənbə “Sui-qəsd cəhdinin edildiyini düşünmək üçün hər cür əsas var” deyib.
Əsədin evində müalicə olunduğu və vəziyyətinin bazar ertəsi stabilləşdiyi, analizlərin bədənində zəhər olduğunu göstərdiyi qeyd olunub.
Əsədə qarşı hər hansı sui-qəsdin olub-olmadığı ilə bağlı Rusiya mənbələrindən heç bir açıqlama verilməyib.
Əfsanə Rəcəb “Cebheinfo.az” Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu