Moskvada bloger Hacı Hacıyev SAXLANILDI VİDEO

27.11.2024

Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rusiyada yaşayan dağıstanlı avtobloger Hacı Hacıyev saxlanılıb.
Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, o, Moskva vilayətinin Odintsovo şəhərində qəza törədib.
Qəza noyabrın ortalarında driftçilərin görüşündə baş verib. Belə ki, H.Hacıyev “BMW” markalı avtomobillə “drift” edərkən bir anda idarəetməni itirib və ətrafdakıların üzərinə sürüb. Hadisə nəticəsində bir qadın və bir uşaq xəsarət alıb.
Məlumata görə, hazırda Hacıyevə qarşı iki cinayət işi qaldırılıb. Onu iki il həbs cəzası gözləyir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью