Moskvada bomba həyəcanı Avtovağzal boşaldıldı Xəbər saytı Son xəbərlər və Hadisələr

25.11.2024

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Moskvanın Şərq İnzibati Dairəsinin Qolyanovo rayonundakı mərkəzi avtovağzalda mühafizə xidmətinin əməkdaşları sərnişinə metal detektorla baxış keçirən zaman onun üzərində şübhəli əşya aşkar ediblər.

BAKU.WS xəbər verir ki, bu barədə 360.ru fövqəladə hallar xidmətindəki öz mənbəsinə istinadən məlumat yayıb.

Məlumata görə, avtovağzal boşaldılıb, əraziyə minatəmizləmə qrupunun mütəxəssisləri göndərilib.

"İlkin olaraq pnevmatik qumbara aşkar edilib, polislə birlikdə təxliyyə aparılır", - mənbə bildirib.

Ümumilikdə 500-ə yaxın insan binadan çıxarılıb, ərazi mühasirəyə alınıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью