Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiyanın paytaxtı Moskvanın Leninqrad prospektində yerləşən “VTB Arena”ya bomba qoyulması ilə bağlı hüquq-mühafizə orqanlarına anonim məlumat daxil olub.
Axar.az TASS-a istinadən xəbər verir ki, təxminən 1500 nəfər ərazidən təxliyə edilib.
Ərazidə axtarış aparılır. Yanğınsöndürən qruplar və təcili yardım briqadaları hadisə yerindədir.