Moskvada çoxmərtəbəli yaşayış binasında partlayış baş verib

19.03.2025

Xalqcebhesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Moskvada çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

Partlayış Rusiya paytaxtının Nijnyaya Maslovka küçəsində yerləşən mənzildə qeydə alınıb.

Baza-nın məlumatına görə, partlayış səhər saat 6 radələrində baş verib. Nəticədə mənzilin pəncərələri qırılıb.

Partlayışa nəyin səbəb olduğu hələ məlum deyil.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью