Moskvada dron hücumları səbəbindən 370 dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib

09.10.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

Moskva hava limanlarında son sutka ərzində 370-dən çox uçuş təxirə salınıb, 62 uçuş ləğv edilib.

APA-nın Rusiya bürosu xəbər verir ki, hava limanlarında məhdudiyyətlər Ukraynanın dron hücumları təhlükəsi səbəbindən tətbiq edilib.

Vnukovoda 158 uçuş təxirə salınıb, 38-i ləğv edilib. Şeremetyevoda 157 uçuş təxirə salınıb, 11-i ləğv edilib. Domodedovoda 58 uçuş təxirə salınıb, 13-ü ləğv edilib.

Moskva aeroportlarında təyyarələrin gəlişi və uçuşuna qoyulan məhdudiyyətlər hələ də qüvvədədir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью