Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Moskvada dron təhlükəsi səbəbindən "Xalça" planı tətbiq olunub.
APA-nın Rusiya bürosu xəbər verir ki, hazırda Moskvaya Ukrayna ordusu PUA hücumu həyata keçirir.
Moskva meri Sergey Sobyanin bir neçə PUA-nın vurulduğunu açıqlayıb.
PUA hücumu səbəbindən paytaxtın Şeremetyevo hava limanına uçan onlarla təyyarə eniş edə bilmədiyi və ya alternativ aerodromlara yönləndirildiyi bildirilib.