Moskvada ən çox uşaq sahibi olan ailələrin sayı açıqlanıb

29.11.2026

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusiyanın paytaxtı Moskva şəhərində ən çox uşaq sahibi olan ailələrin sayı açıqlanıb.

Şəhərdə on və ya daha çox uşağı olan 145 ailə yaşayır. Onların arasında rekord sayda - 15 uşağı olan bir ailə var.

Moskva Əmək və Sosial Müdafiə Departamentinin hesabatında deyilir ki, Moskvada daha 3 ailənin hər biri 14, 2-si isə 13 uşaq böyüdür. Daha 21 ailənin hər biri 12, 30 ailənin isə hər biri 11 uşaq böyüdür. Moskvada həmçinin hər biri 10 uşaqdan ibarət 89 ailə yaşayır.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov Dedovskdan olan 17 uşaqlı ailəyə yeni mənzil tikildiyini açıqlamışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью