GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Moskvada qatarın vurması nəticəsində dörd nəfər ölüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “112” teleqram kanalı məlumat yayıb.
Faciə Malenkovskaya stansiyası ərazisində baş verib. Hadisə yerinə dərhal təcili tibbi yardım və digər operativ xidmətlər cəlb olunub.
Məlumata əsasən, qatarın vurması nəticəsində həyatını itirən şəxslərin hamısı kişidir. Onların şəxsiyyətlərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik açıqlanmayıb. Faktla bağlı prokurorluq tərəfindən araşdırma başladılıb.