Moskvada faciəvi hadisə YARALANANLAR VAR

15.07.2026

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Moskvanın "Federasiya" kompleksində yerləşən Qərb Qülləsində sərnişin liftinin yeddinci mərtəbədən düşməsi nəticəsində bir neçə nəfər xəsarət alıb.

"Bakupost" Ajans.az-a istinadla xəbər verir ki, bu barədə SHOT məlumat yayıb.

Şahidlərin sözlərinə görə, hadisə zamanı binada elektrik enerjisi kəsilib və bütün liftlərin fəaliyyəti dayanıb. Bu zaman liftlərdən biri yeddinci mərtəbədən aşağı düşüb.

Liftin içərisində bir neçə sərnişin olub. Hadisə nəticəsində bəzi şəxslər boyun və diz nahiyəsindən xəsarət aldıqlarını bildiriblər.

Qeyd edək ki, hadisənin baş verdiyi "Federasiya" kompleksinin Qərb Qülləsi 62 mərtəbədən ibarətdir və hündürlüyü 242 metrdir. Hadisənin səbəbləri araşdırılır.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью