Moskvada FTX nin binasını yandırmaq istədilər

24.04.2025

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Moskvada 25 yaşlı paytaxt sakini Lubyankada Federal Təhlükəsizlik Xidmətinin binasını yandırmağa cəhd edib.

"Unikal" xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb. 

Bildirilir ki, moskvalı idarənin binasına yaxınlaşaraq, bir litr yanar maye şüşəsini yandırıb və divara atıb. Yanğın bir neçə dəqiqədən sonra söndürülüb.

Həmin şəxs iki saatdan sonra saxlanılıb. O, törətdiyi cinayəti etiraf edib və bildirib ki, naməlum şəxslər onu Ukrayna ordusunu maliyyələşdirməsinə görə cinayət məsuliyyətinə cəlb edilməklə hədələyərək binanı yandırmağa məcbur ediblər.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью