Moskvada general və köməkçisi həlak oldu

17.12.2024

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dekabrın 17-də səhər saatlarında Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin general-leytenantı və onun köməkçisi həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazır. 

"Partlayış partlayıcı qurğunun işə salınmasından sonra baş verib.İlkin məlumatlara görə, partlayıcı qurğu binanın çıxışına qoyulub”, - KİV-lərdən biri yazıb. 

"Mash Telegram" kanalı partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Mühafizə Qüvvələrinin (RCBZ) general-leytenantı və onun köməkçisinin öldüyünü qeyd edib. 

Gülayə Mecid 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью