Manset saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Moskvada Ryazanski prospektində baş verən partlayış nəticəsində Rusiya silahlı qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının rəisi, general-leytenant İqor Kirillov və köməkçisi həlak olub.
Manset.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, dekabrın 17-də səhər saatlarında Ryazanski prospektində yaşayış binasının yaxınlığında partlayış baş verib. Müstəntiqlərin fikrincə, partlayıcı qurğu blokun yanında dayanan samokata yerləşdirilib.